<?xml version="1.0" encoding="UTF-8"?><song><title>İsa Məsihim doğuldu İL136</title>
<lyrics>[V1]
 İsa Məsihim doğuldu,insan kimi görkəm aldı,
 Qaranlıqda olanlara parlaq bir işıq saçıldı.

[C1]
   Sevin dünya, xilasın var, qaranlıqdan çıxaranın var,
   Həyatının mənasını sənə aydınladanın var.

[V2]
 Bizim üçün Rəbb Özü gəldi, qul görkəmini qəbul etdi,
 İzzətini, şöhrətini Göylərdə qoyub Yerə endi.

[V3]
 Ulduzlardan, Gün və Aydan daha yüksəkdə taxt-tacı,
 Kainatın Yaradanı, Hökmdarı yerə endi.</lyrics>
<hymn_number>136</hymn_number>
</song>